Posta ad tapa bilmirəm. Sadəcə mənasız bir istəyim…

Yeni Zelandiyaya köçmək istəyirəm. Yox yox, axı uşaqlıqdan zəhləm gedib oradan..

Əslində çox xoş, insanları insan olan bir ölkənin kiçik bir qəsəbəsinə kömək istəyirəm. Məsələn, Kanadanın çox balaca, təhlükəsiz, sərin bir bölgəsinə. Oranın insanlarının da necə insan olduğunu tam bilmirəm, amma nəisə..

Tanımadığım sadə, xoş insanlar, balaca məhlə, lazımsız söhbətlərdən uzaq.. Balaca və çox da işıqlı olmayan bir ev tutardım.. Saçımı keçəl kəsdirərdim.. Ağ və yaşıl rənglərdə geyinərdim.. Televizorum olmazdı.. Bir noutbukum olardı, onun da interneti olmazdı, arada nəsə yazmaq üçün istifadə edərdim.. Bir də 2-ci əl klassik gitara alardım.. Birdən “Volver” filmi yadıma düşdü. Əlaqəsi yoxdur amma, elə bir həyat istəmirəm))

Qaldığım məhlədə graffitilər olsun istərdim.. Mağazalardan bir az uzaq, sakit bir yer.. Qonşularımdan biri də gürcü olardı, arada meyvə çayı içməyə gələrdi. Evimdə çoxlu xəritələr asardım, arada bir neçə saat qabağında durub, ölkələrdə barmağımı sürüşdürüb, mənasız əlaqələr qurardım.. Boş və boz rəngli bir divarım olardı, ora Kandinskinin rəngləri maraqlı, özü mənasız bir şəklini asardım.. Balaca bir yerdə tort bişirmək istərdim, şirniyyat xəstəsi gülərüz insanlara bişirdiyim tortları tərifləyib satardım, qalanları da özüm yeyərdim.. Latın-amerikan rəqslərinə gedərdim bəlkə..

2 həftədən bir də maraqlı bir canlı konsertə getsəm, şəkillər çəksəm..

Bəlkə qayıdardım 7-8 ay sonra.. Yenilənmiş şəkildə.. Əslində daha yaxşı yaşamaq üçün edərdim bu səyahəti, amma bəlkə də yaşamaq daha ağır gələrdi..

Əslində mən bunları etmək istəmirəm. Yəni istəyirəm, amma eləmərəm. Çünki eləyəsi olsam, bunu yazmazdım, yazsam da, yayımlamazdım.. Deyəsən saçımı keçəl kəsdirməzdim.. Kəsdirmək istərdim, amma buna cəsarət etməmək üçün yazıram bəlkə də..

Havlayan köpek ısırmaz)

Bilirəm, çox şey istəyirəm)

Qırmızı saçlarım, yoxsa mən? :D

Əslində çox zamanlar özümüz də hiss etmədən xarici görünüşümüzdən nələrsə bizim şəxsi brendimizi, ümumiyyətlə varlığımızı tamamlayır, hətta bəzən bizim hər bir uğurumuzdan daha ön sırada olur. Buna qeyri-adi ad da daxil ola bilər, tez-tez geyilən geyim də, rəng də, bəzi aksessuarlar və s. Hətta alışılmamış rəng gözlər, xarakterik bir burun, qeyri-adi boy, çəki və s.

Məsələn: Read more…

Paşa Dayı səmalara pilləkən alır…

Nəfəsim kəsilir… Ağlamaq istəyirəm, başımı qaldırıram, göyə baxıram ki, ağlamayım…
Mən Paşa dayını tanımırdım, “o” dünyaya inanmadığıma görə, tanımayacağam da…
Mən heç Emin Millini də görməmişəm, amma dərin, düşüncəli və təmkinli baxışlarının olduğunu bilirəm. Görəsən ona necə deyiləcək? Yəqin ki, zövqlə, onu günahlandıraraq, ya da soyuqqanlı, heç nə olmamış kimi… Görəsən neçə nəfər sevinir buna görə? Qorxanların sayı artacaq deyə… Rövşən NəsirliRead more…

Problem? Problem! =)

Sosial problem… Sosial problem… Sosial problem…

Sosium müsabiqəsi. Sosial bir problemi əhatə edən yazı yazmalıyam. Təbii ki, bu tənqidi olmalıdır. Bütün yazılarım kimi. Düşünürəm. Düşünürəm…

Bizim sosial problemlərimizin heç vaxt aktuallığını itirmədiyini çoxlarınız müşahidə edirsiniz. İllərdir ekologiyadan, mentalitetdən, savadsızlıqdan, tənbəllikdən və Read more…

Yalnız BİZ söndük. Bəziləri onsuz da…

-          Aaaəə, bu qıza noldu?

-          Ə hamısı yıxılıb, yəqin reklam çəkirlər, gəl ee..

Və getdilər. Məni eləcə yerdə qoyub getdilər. Yalnız məni yox, yerdə “sönmüş” 70-ə yaxın gənci. Üstündən 2 dəqiqə keçdi. Birdən-birə 70 gənc oyandı. Heç nə olmamış kimi davam etdilər yollarına. Kənarda durub blutuzlaşmağa qız axtaran, tum çırtlayan, “nol-yeddi”ləri ilə şəhərin Read more…

Yazlandiyadakı qırmızı sellər…

Yenə bir YazYay tapşırığı) 1-ci qrupa qonaq getmişdik, onların problemlərini öyrənib, bu barədə blog postu yazmalıydıq)

Bəzən dağıdır…Bəzən öldürür…Bəzən böyüdür…Tarix onu tez-tez yaddan çıxarır…Lakin bir çox bölgələr üçün qaçılmazdır, təkrarlanandır…Ağılasığmaz nəticələr doğurur…Ailələri dağıdır…İnsanlarla birlikdə, sevgiləri də öldürür… Read more…

Bir azca da döz…

Bu da YazYaydan ev tapşırığımız idi) Biz tərəflər =))

Axşamdır. “Elita”ların tez-tez baş çəkdiyi, qonşular arasındakı ən aktual mövzulardan və məkanlardan olan “Paterson” marketindən gündəlik nəzərdə tutulmuş günəbaxan tumlarının alışı artıq həyata keçmişdir. Bəzi “elita” adlandırılmaq fobiyası olan tin qaqaşlarımız isə hələ mən anadan olmadan bir neçə il əvvəl ölmüş, kiçik mağazası isə satılmış “Həsən dayının supermarket”indən öz kent 8-lərini almış, Patersonun ətrafında tüstüləriylə fəxr edərmiş kimi cazibədarlığı ilə insanı məhv edən İzzət Bağırov baxışlarını qonşu həyətlərin qızlarına yönəltməyə hazır dayanmışdır. Read more…

TİN-TALİTET

Bu yazı YazYay təlimindən tapşırıqdır. “Yasamalda mentalitet” mövzusu verilmişdi))) Qısa müddətdə bu qədər alındı))

İl 1998. Çox guman ki, böyük əqli əziyyətlər çəkdiyinə  görə, təqribən indiki 60 min azərbaycan manatı xərclənmiş diplomunu almış ənənəvi dağlı qaqaş olan Rüfət artıq küçədən keçənlərə baxmaqla həyatın davam etməyəcəyini dərin fəlsəfi düşüncələrə dalaraq dərk etməyə başlamışdı. 40 ilini dörd divar və yalnız “təhlükəsiz” varlıqlar olan yerdə keçirmiş dolğun təcrübəyə sahib anası isə bu həyat təcrübələrindən istifadə edərək, “halal süd əmmiş” bir qız axtarışına çıxmışdır. Təxminən 5 saat ərzində 6 saatlıq telefon danışığını etməkdə ustalaşmış bu ana axtardığı koordinatlarda tapdığı qızın ideallığını 16 saat danışsa, az gələrdi. Təbii ki, onun ən ideal cəhəti dağlı olması idi. Gözə görünməyən olduğuna görə hamının rəğbətini qazanmış bu qızcığaz – Tükəzban Rüfətlə uzun bir tanıma müddətini  (təqribən 5 gün) keçdikdən sonra ənənəvi xınayaxdı və nişan prosesslərindən keçmişdir.

İl 2010. Artıq bu kəbinin 12-ci ildönümüdür. Read more…

Mənim dostlarım təbiətin ən böyük düşmənləridir!

Mənim dostlarım təbiətin ən böyük düşmənləridir!

Bu gün mənim ad günümdür =)) Artıq bir neçə dəqiqə ərzində o qədər təbrik aldım ki.. Bəziləri çox səmimi, bəziləri çox duyğulu, çoxu əyləncəli, bəziləri gözəl arzularla bəzədilmiş.. Ən maraqlısı isə yarım saat ərzində sanki bütün dostlarımı xəyal gücü vasitəsilə yanıma gətirmək gücümün olması idi!) Hamısının səsi bir-birinə qarışmışdı, hamısı bir neçə dəqiqəlik belə olsa, eyni mövzuda düşünürdü, yarım saat ərzində əksər hissəsi “təbrik” sözünü işlətdi) Bir-birini heç tanımayan, əlaqəsi olmayan o qədər insanın bir neçə dəqiqə ərzində eyni sözü işlədərək ortq nöqtəsi yarandı)

Bəli, mənim dostlarım təbiət düşmənləridir! Təbrikləri, xüsusilə səmimi olduğundan əmin olduqlarımı oxuyarkən tökdüyüm gözyaşları, gözyaşlarını silmək üçün “kağış dəsmal”, onların hazırlanması üçün qırılan ağaclar…

Bunu oxuyan bəzi dostlarımdan “Ayukvari yanaşma” səsini eşidər kimiyəm sanki =)

Mən hamını sevirəm! =)

Anneler, Anneler!!!

Yarın anneler günü. Herkes için anneler günü. Herkesin bir annesi vardır aslında. Belki hayatındakı anneyi göremeyenler vardır, belki anne deyip anne hissetmeyenler, anne deyilip anne hissetmeyenler vardır. Ama eminim, hepinizin bir annesi vardır. Belki kızmışsınızdır sizi çok düşündüğü ve ya düşündüğünü sandığı için, belki kırılmışsınızdır çok düşünüp de az aradığı için, belki çok seviyorsunuzdur ve hep yanınızdadır, her gün annemle bizim günümüz dersiniz belki. Ama yarın anneler günü.

Yarın anneler günü. Herkes için anneler günü. Herkes kutlamalı aslında. Annenizi düşünür müsünüz lütfen? Benim yazımı okuyorsunuz, heralde artık sizinle bazı hukuklarımız oluşmuştur, rica ediyorum, annenizi düşünür müsünüz lütfen? Ona çiçek alın, uzaktaysa arayın, aramak çok tutuyorsa mesaj atın, mesajın ulaşacağı bir dünyada, boyutta değilse, en azından onu düşünün. O bunu hisseder, anne ya. Eğer hala imkanınız varsa, siz de benim gibi kendiniz hazırlayın hediyenizi, msn-i açın, eğer benimki kimi yüzünü bile görmediğiniz ama çok sadık bir arkadaşınız da varsa, kafasının etini yiyip yardım etmesini talep edin!) Yaratıcılık hep bir adım öndedir aslında. Aslında bazıları bir gün alışılmışın aksine, o çok güzel ve düzenli kırmızı gülleri almak yerine, çok-çok tatlı ve doğal görünen papatyaları yolup da kendi elleriyle annesine getirmenin yaratıcılık olduğunu anlamaz. Ama size bir sır vereyim, kimseye söylemezseniz: aslında bu da yaratıcılıktır)

Yarın anneler günü. Herkes için anneler günü. Gülümseyin) Emin olun annenizi de gülümsetmiş olursunuz) Söyleyecek o kadar çok cümle var ki) Ama vaktinizi burada yazdıklarımı okumaya kaybetmeyin, annenizi düşünün)

Anne hissedenlerin anneler günü kutlu olsun! =)

Follow

Get every new post delivered to your Inbox.