Görəsən nə vaxtsa tam sevinə biləcəyik? Nə vaxtsa gecə yatanda içimizin tərtəmiz, işıqlı olduğunu hiss edib, öz həyatımızla məşğul olmağa və buna görə vicdan əzabı çəkməməyə nail olacağıq? Hələ ki, bu günlər uzaqda görünür.
Adnan azad oldu, Emini gözlədik. 1 gün sonra Emin azad oldu, Eynullanı gözlədik. Bu gün Eynulla azad oldu, biz Bəxtiyarı, Cabbarı, Turalı gözləyirik. Deyəsən, bu belə də davam edəcək. İnsanın ekiz uşaqlarından birinin universitetə daxil olması kimi bir hissdir bu.
Yorğunam. Eqoist olmaq istəyirəm. Tvitterdə nə yediyimi, dadının necə olduğunu tvitləmək, feysbukda əyləncəli mahnı linkləri paylaşmaq istəyirəm sadəcə. Bir müddət problemsiz və mənasız bir dünyada yaşamaq istəyirəm. İnsanların heç nə üçün düşünmədiyi, birləşmədiyi, çalışmadığı bir dünya. Yalnızca qısa bir müddət. Bilirəm, çox şey istəyirəm. Nəisə.
One comment
Do you want to comment?
Comments RSS and TrackBack URI