Bu gün seçkilərdə müşahidəçi oldum. Günün sonunda isə başa düşdüm ki, əslində seçkiləri yox, azərbaycan xalqını müşahidə etmişəm. Mənafeləri uyğun gəldikcə adi halda bir-birinin təkərinə çomaq ilişdirməyə çalışan insanların necə “bajı”laşdıqlarını, həmin mənafelər ayrıldığı zaman isə xitabın “bajı”dan “xanıııım”a, daha sonra isə “aaaazz”a keçdiyini gördüm. Həyatının az qala 10 ilini “Bayılda dincəlməklə” keçirdiyinə görə fəxr edən katibin necə haqq-ədalətdən, şəffaflıqdan danışdığını gördüm. Səs verməsi üçün şəxsiyyət vəsiqəsi tələb olunan vətəndaşın alt paltarını göstərməsi tələb olunurmuş kimi reaksiya verməsini gördüm.

Düşünürəm ki, hər bir azərbaycanlı ömründə bir dəfə bu cür seçkilərdə müşahidəçi olmalıdır. Özünü dəyərləndirməli, millətini tanımalı və seçimlərini bir daha gözdən keçirməlidir.

O qədər yorğunam ki, beynimdəki onlarla fikri bir yerə toplayıb, qısaca başa sala bilmirəm. Qısaca, seçkilər “azərbaycanca” keçdi.

P.S. Sonda isə Burciyev Nicatdan gözəl bir şəkil gəlir efirə..

KA – RU – SEL

 

Advertisement