Həqiqətən yoruluruq. Yaşamaqdan, yaşamağı düşünməkdən, yaşamadığımızı, yaşaya bilmədiyimizi düşünməkdən. Hiss etdiklərimizdən, hiss etmədiklərimizə peşman olmaqdan, hiss edə bilməməkdən. Tez-tez özümüzdən yoruluruq, güzgüdən yoruluruq, varlığımızdan yoruluruq. Çox guman ki, hamımız kədərdən yoruluruq.
Xatirələrdən yoruluruq. Düşüncələrdən yoruluruq. Bəzən xoşbəxtlikdən yoruluruq.
Bəzən yorulmaqdan yoruluruq. Bizi yoran hər şeydən yoruluruq. Bizi yoran hər şeyi həyatımıza daxil etdiyimiz üçün bir daha özümüzdən yoruluruq. Özümüzü dolaşdırmaqdan.
Niyə hər şey dəyişir? Sevgilər, dostluqlar, insanlar, onların ifadə tərzləri, onları çatdırmaq tərzləri, ayrılıqlar, birləşmələr, sevişmələr, münasibətlər. Niyə dəyişir? Dünya dəyişir? Dünya niyə dəyişir? Fırlanır? Dünya hər zaman fırlanırdı. Bəlkə də başqa cür fırlanır, daha da müasir fırlanır. 21-ci əsrə uyğun fırlanır dünya.
Dünyanın fırlanmağından da yorulacağıq bir müddət sonra.
Bayaq düz buyurdum, özümüzü dolaşdırmaqdan yoruluruq. Amma özümüzü dolaşdırmağa möhtacıq, hərəmiz başqa səbəblərlə. İnsanlar bir müddət əvvəl monotonluqdan yorulub, sadəlikdən yorulub və yaşamaqdan yorulmamaq üçün dolayılaşmaya ehtiyac duyub. Dolayılaşma qəlizlik gətirib. Daha da, daha da, daha da…
Sizi bilmirəm, mən özüm qəlizlikdən yoruluram getdikcə. Hər şeyi dərindən düşünənəm. Elə idim. Mən maksimalist olmaqdan yoruluram.
Hər şeyin sadəsi bir zamanlar nə qədər əksik idisə, getdikcə bir o qədər daha doğmalaşır. Bəzən tək rəngli divar kağızı, şəkilsiz dəftər, monofonik telefon, video-kasset, hətta vala ehtiyac duyuruq. Dönər və ya vegetarian pizza əvəzinə, təndir çörəyi arasında ağ pendir. Docx formatlı hər hansı bir yazı əvəzinə, adi kağız və karandaş. Üst-üstə və qəliz proyekti olan mərkəzi bina evləri əvəzinə, damına dırmaşıb, əsrlər boyu mövcud olan gün batımı möcüzəsini izləyə biləcəyimiz bir kənd evi. Böyük marketlər deyil də, balaca, xoş üzlü bir daydaya aid kasıb bir dükan. Üstündə neçəsə faiz onda neçəsə yağlı olduğunu göstərən üstün minbir etiketlə bağlanmış yumurtalar yerinə, yenicə toyuğun yumurtladığı, isti-isti aparıb yuyub bişirdiyimiz həqiqi yumurta. Qəliz oyuncaqlar, konstruktorlar, robotlar yerinə, çeburaşka, pinokio. Madaqaskar yox, “Tom və Jerry”nin düşük keyfiyyətli, amma səmimi görünən qaçışları. Bodrum, Rixos, Mardan Palace deyil, neft iyli bulvarda sakitcə gitara çalmaq, oxumaq, dənizin necə günəşi qucaqlayıb özündə yox etdiyini izləmək. “Pablo Picasso”nun aylarla baxıb, hər dəfə yeni bir nəticə çıxardığımız sürrealist əsərləri deyil də, Kanninin mənim bir anlıq ruh halımı ifadə edən, mənim üçün çəkdiyi “violet sacrifices” rəsmi.
Arzularımdan, onları gerçəkləşdirmək istəklərim və cəhdlərimdən, planlarımdan yoruluram.
Bu gün mənə yorulduğumu bir daha hiss etdirdiyinə görə “Hardasan”a minnətdaram. Özümü dolaşdırmıram onu dinləyərkən. O qədər sadə, o qədər içdən deyilir ki hər şey. “Yoxluğunun səbəblərini araşdırarkən qoyduğum məqsədlər sayəsində ondan bir qədər daha çox əzab almağın mənim nəfəs almaqda qabağıma çıxan çətinliklərin müəyyən bir faizini əhatə etməsindən narahat olduğumu bildirmək istəyimi ərz edirəm” DEYİL, yalnızca “Hardasan?”.
…Xəyalınla bir yerdəyik,
Amma yenə kimsə çatmır.
Hardasan, hardasan, harda.
Gecənin bir aləmində
Görürəm bir dəli həsrət
Uzanır sənin yerinə.
Hardasan, hardasan, harda.
Mən səni necə tapmışdım
Bu qdər yuxum içində
Gecənin bir aləmində
Görürəm sənsiz qalmışam.
Sənsiz bir yuxu içində
Yağışlar qorxu içində
Ağlayır hey fısıl-fısıl
Eşidirəm damlaların pıçıltısın.
Nəyin sevdin bu yazığın,
Nəyin sevdin bu yazığın,
Uzağın, vəfasızın.

senin saydığlarını eliye bilerdin,yanlız avropada yaşasaydın.dostlarla 100 euro-ya maşın kirayeleyib almaniyanın bir kendine gedesen,köhne paltar geyinesen.o paltarların öz iyi olur.seyahetden qayıdıb ordakı şekilleri bloguna qoyasan.
yoxsa burda çetindi.
Bir səyahət görəsən yorğunluğumuzu alar? Bu, illərin yorğunluğudur və getdikcə artır.
Soruşma ki, hardasan harda?
Bir çevril bax, bu dünyada
Paylaşdıqca sevgini sən
Özün qalacaqsan darda (((
…
Xatirələrdən yoruluruq. Düşüncələrdən yoruluruq. Bəzən xoşbəxtlikdən yoruluruq. – kaş ki, üçüncü bizi yormazdı…
“Kaş ki”lərlə ömür keçməz)
Ayuk, ya nawol !!! ))
Demeli, sevirsense Paris, Subaysansa Newyork, munasibetdesense London
birde sevir,eger qarsilig almirsansa demeli Las Vegasdi …
))))
kakoe s4astye))))) amma bunu niyə mənim postumun altına yazdın ki?
sorry, nu contact uchun ancaq bundan istf etmeli oldum
)))
oz blogumda cvb olaraq yazan zaman, hele tapa bilmemishdim menalarini, ona gore,
ok, aydındır)))
hmm…
Yorulmadan… İstədiyimiz kimi… Problemsiz… “kaş ki”lərsiz, “axı niyə?”lərsiz yaşamaqçün gərək Günəş Şəhərində yaşayaq, bu isə mümkün deyil….