26 iyun – “hərbi parad”

Hərbi paraddan yadımda qalanlar izdihamın içindəki o inanılmaz sarımsaq iyi və başıma günəş keçdiyi vaxt yarı qara gördüyüm insanlardır. Çəkdiyim şəkilləri sizinlə paylaşıram:

 

This slideshow requires JavaScript.

Neft ölkəsinin neft akademiyası

Düşünürəm ki, hər bir ölkəni səciyyələndirən çox həyati bir üçbucaq olur. Təqribən 1 ay əvvəl, Azərbaycan üçün olan bu üçbucaq bütün dünya üçün tamamlandı. Üçbucağın son bucağı avroviziya oldu. Tvitterdə avropalı istifadəçilərdən bəziləri “axır ki, Azərbaycan pozulmuş insan hüquqlarından başqa da nəyləsə tanınmış oldu” kimi cümlələr tvitləyirdilər. Onlardan çıxardığım nəticə üçbucağın ikinci bucağının hüquq, qismən demokratiya olduğunu deyirdi.

Və təbii ki, Azərbaycanın ayrılmaz və sevimli bucağı neftdir. İnsanlar illərdir neft sözünü ortaya atıb, saatlarla heç bir nəticəyə gəlinməyən müzakirələr aparır, neft deyir, neft eşidir, bir də neft deyir, sonra əks-sədasını eşidir…

Bəs neftinə bu qədər güvənən, neftini bu qədər sevən, neftiylə ayaqda duran ölkənin neft sahəsi üçün hazırladığı kadrlar necə yetişir? Read more…

Yarımçıq.

Görəsən nə vaxtsa tam sevinə biləcəyik? Nə vaxtsa gecə yatanda içimizin tərtəmiz, işıqlı olduğunu hiss edib, öz həyatımızla məşğul olmağa və buna görə vicdan əzabı çəkməməyə nail olacağıq? Hələ ki, bu günlər uzaqda görünür.
Adnan azad oldu, Emini gözlədik. 1 gün sonra Emin azad oldu, Eynullanı gözlədik. Bu gün Eynulla azad oldu, biz Bəxtiyarı, Cabbarı, Turalı gözləyirik. Deyəsən, bu belə də davam edəcək. İnsanın ekiz uşaqlarından birinin universitetə daxil olması kimi bir hissdir bu.
Yorğunam. Eqoist olmaq istəyirəm. Tvitterdə nə yediyimi, dadının necə olduğunu tvitləmək, feysbukda əyləncəli mahnı linkləri paylaşmaq istəyirəm sadəcə. Bir müddət problemsiz və mənasız bir dünyada yaşamaq istəyirəm. İnsanların heç nə üçün düşünmədiyi, birləşmədiyi, çalışmadığı bir dünya. Yalnızca qısa bir müddət. Bilirəm, çox şey istəyirəm. Nəisə.

Müşahidə!

Bu gün seçkilərdə müşahidəçi oldum. Günün sonunda isə başa düşdüm ki, əslində seçkiləri yox, azərbaycan xalqını müşahidə etmişəm. Mənafeləri uyğun gəldikcə adi halda bir-birinin təkərinə çomaq ilişdirməyə çalışan insanların necə “bajı”laşdıqlarını, həmin mənafelər ayrıldığı zaman isə xitabın “bajı”dan “xanıııım”a, daha sonra isə “aaaazz”a keçdiyini gördüm. Həyatının az qala 10 ilini “Bayılda dincəlməklə” keçirdiyinə görə fəxr edən katibin necə haqq-ədalətdən, şəffaflıqdan danışdığını gördüm. Səs verməsi üçün şəxsiyyət vəsiqəsi tələb olunan vətəndaşın alt paltarını göstərməsi tələb olunurmuş kimi reaksiya verməsini gördüm.

Düşünürəm ki, hər bir azərbaycanlı ömründə bir dəfə bu cür seçkilərdə müşahidəçi olmalıdır. Özünü dəyərləndirməli, millətini tanımalı və seçimlərini bir daha gözdən keçirməlidir.

O qədər yorğunam ki, beynimdəki onlarla fikri bir yerə toplayıb, qısaca başa sala bilmirəm. Qısaca, seçkilər “azərbaycanca” keçdi.

P.S. Sonda isə Burciyev Nicatdan gözəl bir şəkil gəlir efirə..

KA – RU – SEL

 

Bana Aşk’ı anlatın :)

“Bana Aşk’ı anlatın” dedim. Önce sustular. Korkmaya başladılar ardından. Sonra ısıtmaya başladı bu cümle onları, döküldü hafifçe ağızlarından bazı cümleler. Sanki omuzlarında bir el ve o elin sıcaklığını hissetiler gibi geldi bana. Çoğunun küçük bir gülümsemeyle ve kıyılmış gözlerle odayı taradığına eminim hatta. Tek renk duvara bakıp geçmişini görmek isteyenleri gördüm sanki. Bir çoğunun düşündüğüne eminim. Mutluyum. Aşk’ı düşündü birkaç dakika çoğu.  Ne yazacağını düşündü. Bazıları toparlayamayıp geri sildi yazdığını, buna eminim. Buna rağmen bana Aşk’ı anlatmaya çalışanlar vardı, kolay veya zor.  İlk aklına geleni, belki klişe ve yıpranmış cümleleri söyledi bazıları, filmde görüp de hayal ettiği sevgilinin dediklerini belki. Ama sonuçta ”Bana Aşk’ı anlatın” dediğimde cevap verdi onlar. İstediğim cevabı vermeseler bile…

Çoğu olmayan bişeyi nasıl anlatayım dedi, masallara inanmıyorum dedi, başka bir kısım anlarsan bana da anlat dedi, bana sorma dediler, Aşk çiçektir, böcektir, nefestir, çikolatadır ve bla bla bla:) Tabiki bana başarısız aşk yaşamış ve yanlışlarını keşiflerinden zaman ayırıp da düzeltmeye çalışmayan bilim adamlarının falan lafları da söylendi:) İstediğim bu değildi ama…

Belki masaldır evet, ama küçükken masallar nasıl bizi sağlam büyüttüyse, şimdi de sağlam yaşlanmak için ihtiyacımız vardır Aşk masallarına.  Ben Aşk’ı anlatın dedim size. Siyah-beyazın üstüne yağmur yağdıran, gökkuşağı yapan, gri gökyüzüne bakdığınızda bile başınızı gülümseyerek kaldırmanıza yardım eden, hani hızlı-hızlı nefes alıp, gülümseyip ve aynı zamanda ağlatan bir tane var ya, işte o Aşk’ı anlatın demiştim aslında size.

Ben sizden bundan sonraki en fazla 40-50 yılımı yalnızda aptal dediğimiz hayatın o saçma gerçeklerine inandırmanızı istemedim. Pekala hayat güzel olabilir:) Bazen kitap karıştırmaya ihtiyaç yoktur yaşamak için, belgesel izlemeye de. Niye dünyayı biz çizemezmişiz ki? Niye pembe gökyüzü yapmayalım? Niye yeşil bulutlar olmasın? Niye turuncu deniz, kırmızı kum yaratamazmışız? Niye Aşk olamazmış?

Ben hiçbir zaman olmayan bişeyin facebook’ta 30 dakikada 50-den fazla yorum topladığını görmedim:)

“Bana Aşk’ı anlatın” dediğimde küçük bir kız dedi ki: “Karda donmak üzeresin, uyumak tatlı geliyor, ama sen öldüğünün farkında değilsin” (c) Anıl Fatih Göçer ve “Issız Adam

Son olarak pozitif bir Aşk şarkısı dinliyoruz:)

Aşk’a aşık olmak!?


Yoruluruq sadəcə.

Həqiqətən yoruluruq. Yaşamaqdan, yaşamağı düşünməkdən, yaşamadığımızı, yaşaya bilmədiyimizi düşünməkdən. Hiss etdiklərimizdən, hiss etmədiklərimizə peşman olmaqdan, hiss edə bilməməkdən. Tez-tez özümüzdən yoruluruq, güzgüdən yoruluruq, varlığımızdan yoruluruq. Çox guman ki, hamımız kədərdən yoruluruq.

Xatirələrdən yoruluruq. Düşüncələrdən yoruluruq. Bəzən xoşbəxtlikdən yoruluruq.

Bəzən yorulmaqdan yoruluruq. Bizi yoran hər şeydən yoruluruq. Bizi yoran hər şeyi həyatımıza daxil etdiyimiz üçün bir daha özümüzdən yoruluruq. Özümüzü dolaşdırmaqdan.

Niyə hər şey dəyişir? Sevgilər, dostluqlar, insanlar, onların ifadə tərzləri, Read more…

Bıloq dey :) 31 avqust :)

Körpə bir bloqçu olaraq, bu günü – “BlogDay“i ən son mən qeyd etmək istədim. Düşünürəm ki, təcrübəli bloqçuların yanında daha sadə, daha sıradan, daha “ağıllı” görünmək lazımdır. :) Əslində bu qənaətə gəlməkdə mənə tənbəlliyim də kömək etdi :D

Bloq gününün ənənələrinə görə, bəyəndiyim 5 bloqu sizə bildirib, onlar haqqında qısa məlumat yazmalıyam. Onları bəyəndiyim sıraya görə yığa bilməyəcəyəm, sadəcə bəyəndiyim 5 bloq:

1. http://azqoskomediya.wordpress.com/

Bu bloqu bəyənməyimin ilk səbəbi qısqanclıqdır. Read more…

Çingiz (Jackson) =))

Çox hazırlaşdıq bu gün üçün. Çox əziyyət çəkdilər bizim hazırlaşmağımız üçün. Çoxları Maykl havasını hiss etmək üçün gəlirdi, ona özünü yaxın hiss etmək üçün. Çoxları fərqlilik üçün, bəziləri boş vaxtlarını doldurmaq, bəzilərinin isə çox-çox qəribə istəkləri vardı) Bu gün böyük gün olacaqdı. Əslində qismən elə də oldu.

Əsas məsələ isə Çingizlə Mayklın ad günlərinin üst-üstə düşməsi oldu. Bunu bilənlər hələ 1 ay əvvəldən mənə tənqidlər yağdırmağa başladı. Biz Mayklı sevirik deyə vətən xaini də olduq bəzilərinə görə. Bəziləri elə ifadələr işlədirdi ki, Mayklla Çingizin vaxtilə düşmən olduğundan və bizim Mayklın rəqsini etməklə Çingizi tapdaladığımızdan şübhələnməyə başlayırdım getdikcə.

Onlara deyəcək sadəcə bir cümləm var: “Əgər Çingiz Read more…

Paranormal qeyrət (c)

…”Onun oğlu mənim 13 yaşlı qızımı zorladı. İstədim polisə verim, dedilər ki, elçi gələcəyik, getmədim. Gəldilər, danışdıq. Bir müddət sonra oğlanı əsgərliyə göndərdilər. Gördüm bunlardan səs çıxmır, dedim ki, qızı almırsınızsa, polisə gedirəm. Dedilər ki, yox, alacağıq qızı. Başa düşdüm ki, bu dəfə oyun oynayırlar mənimlə. Getdim polisə.”…

Bir dəfə Elmir Əkbər mühazirəsində bir ailə haqqında danışanda gözəl bir cümlə işlətmişdi: “Qeyrət əslində yaxşı şeydir, amma bəzilərindəki qeyrət lap paranormal qeyrətdir.”

Heç yeri gəlməmişkən, bu yaxınlarda metroda bir elan gördüm:

“Mesumlar.com – Azərbaycanın ilk islam çatı”

Eləmədim tənbəllik, girdim, baxdım. Çata girmək üçün hansısa nömrəyə mesaj göndərməlisiniz, yəni hələ insanlar buna pul da xərcləyir. Qəribə və gülməli bir yerdir, baş aça bilmədim :)

Monopoliya = azərbaycanlılıq?

Monopoliya? Rəqabətdən qorxmaq? Komplekslər? Qısqanclıq? – Yox! Azərbaycanlılıq!

Nə əlaqəsi deyəcəksiniz? Məncə, çox əlaqəsi!

İllərdir iqtisadiyyatda inanılmaz monopoliya hadisələri olur, xüsusilə bizim ölkədə. “Hər hansı” bir brendin yeni bir məhsulu istehsal olunduqda, avtomatik olaraq, digər brendlərin həmin adda məhsulu mağazalardan yığılır, yoxa çıxarılır. Bir növ insanların başqasının seçməsi qadağan olunur. Əslində ilk baxışda bu sadəcə daha çox pul qazanmaq istəyi kimi gələ bilər. Məncə, elə bu istəyin özünün də altında qəribə bir azərbaycanlılıq psixologiyası durur. Təbii ki, bir çox hallarda rəqabət keyfiyyət və sərfəliliyi çox rahatca sübut edə bilir. Bəs bundan qorxanlar?! Yəni, monopoliya elə rəqabətdən qorxanlar,  məhsuluna güvənməyənlər üçün əlverişlidir.

Bəs qısqanclıq? O da bir növ başqasının həyatında monopoliya qurmaq deyilmi? Qısqanclıq əksər hallarda başqasının həyatında alternativ insanlarla rəqabətə girməkdən qorxanlar arasında olur. Əlbəttə, burada “öz məhsuluna güvənməyənlər” ifadəsini işlətmək bir az kobud çıxardı, ona görə də işlətmirəm :)

Sizcə həm iqtisadiyyatda monopoliyanın, həm də ifrat qısqanclığın eyni zamanda bir ölkədə olması təsadüfdürmü? Məncə, deyil. Çünki ikisi də azərbaycanlılıqdır :)

Follow

Get every new post delivered to your Inbox.